Ermənistandan qaçanların sayı artacaq

Ermənistandan qaçanların sayı artacaq
  24 Mart 2014    Oxunub:846
Rusiya vətəndaşlığı haqqında qanun layihəsi erməniləri çox sevindirib.
Yaxın zamanlarda Ermənistanı daha böyük mühacir axını gözləyir. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bir müddət öncə Rusiya hökumətinin təsdiqlədiyi qanun layihəsi Ermənistanda böyük ajotaj yaradıb. Bu mövzu erməni mətbuatının əsas xəbəri olub.

Qanuna görə (onu hələ Rusiya parlamenti qəbul etməlidir) keçmiş sovet ölkələrinin vətəndaşları öz ölkələrinin vətəndaşlığından imtina edəcəkləri halda 3 ay ərzində sadələşdirilmiş şəkildə Rusiya vətəndaşlığı ala bilərlər.

Yeni qanun erməniləri çox sevindirib. Nəinki kəndlərdə, hətta şəhərlərdə yaşayan çox sayda insan Ermənistanı ailəsi ilə birlikdə tərk etmək haqqında qərar verib. Gənclər təhsil və iş ümidi, yaşlılar isə daha çox təqaüd arzusu ilə ölkələrindən baş götürüb getmək istəyirlər.

Mətbuatın yazdığına görə, bu onsuzda yüksək olan miqrasiya səviyyəsinin daha da artmasına səbəb olacaq.

Qeyd edək ki, Ermənistan Milli Miqrasiya xidmətinin rəisi Qaqik Eqanyan bu gün ölkə vətəndaşlarının 10 faizindən çoxunun Rusiya vətəndaşlığı olduğunu açıqlamışdı.

Burada bir sual ortaya çıxır - Bəs Ermənistanda kim qalacaq? Yəqin ki, ancaq rəhbərlik.


Teqlər:





Xəbər lenti