Azercell yüksəksürətli internet paketləri təklif edir

  06 Oktyabr 2021    Oxunub :300
Azercell yüksəksürətli internet paketləri təklif edir
“Azercell Telekom” MMC hər bir abunəçisinin internet tələbatını qarşılamağı hədəfləyərək geniş çeşiddə və istənilən büdcəyə uyğun internet paketlərindən yararlanmaq imkanı yaradır. Lider mobil operator müştərilərinə istifadə etdikləri cihaz və internet həcmindən asılı olaraq müxtəlif “Aylıq”, “Günlük” və “Limitsiz” internet paketlərini təklif edir.
Azercell-in “Aylıq” internet paketləri mobil data xidmətlərindən daim istifadə edən abunəçilər üçün ən sərfəli seçimdir. Həmçinin bu paketlər çərçivəsində WhatsApp tətbiqi daxilində pulsuz mətnli yazışma imkanı təqdim edilir. Odur ki, hər ay stabil olaraq internet işlədənlərə həcmi 500 MB-dan başlayaraq 50 GB-a qədər dəyişən aylıq internet paketlərinin birinə abunəlik xidmətini aktiv etmək tövsiyə olunur .

Həmçinin Azercell abunəçiləri “Günlük” internet paketlərindən yararlanaraq 100 MB və ya 500 MB həcmində olan internet paketlərindən birini seçə bilərlər.
Hər hansı trafik məhdudiyyəti olmadan limitsiz həcmdə mobil datadan yararlanmaq istəyən abunəçilər üçün lider mobil operator xüsusi “Limitsiz” internet paketlərini təqdim edir.
Azercell müşləriləri “Limitsiz” internet paketləri çərçivəsində 1, 3 və 6 saatlıq internet paketləri, eləcə də bütün gecə boyunca və ya həftəsonu ərzində istifadə üçün nəzərdə tutulan xüsusi internet paketlərindən yararlana bilərlər.

“Misrosoft Teams” proqramının daimi istifadəçiləri üçün isə Azercell “Təhsil” internet paketlərini təqdim edir. Bu paket pandemiya dönəmində xüsusilə aktuallıq qazanan onlayn görüşlərə, məsafədən keçirilən dərslərə əsas internet trafikini xərcləmədən daha sərfəli şərtlərlə qoşulmaq imkanı yaradır.
Azercell-in internet paketləri ilə rəqəmsal dünyanın hədsiz imkanlarından yararlanmağa tələsin!

Teqlər: Azercell  







Xəbər lenti