Saakaşvilinin müdafiəsinə qalxanlar polislə toqquşdu
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının təşkil etdiyi aksiyada polislə toqquşma olub.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Sabiq prezidentə bir neçə maddə ilə ittiham irəli sürülüb.
Gürcüstanın Zuqdidi 67 saylı Dairə Seçki Komissiyasının binasında da müxalifət partiyalarının və mətbuat nümayəndələrinin polislə toqquşması baş verib. Polis onları binadan zorla çıxarıb.
Müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndələri səlahiyyətlilərin seçkilərin ikinci turunu saxtalaşdırmağa hazırlaşdıqlarını və möhürlənmiş bülletenlərin açıldığını görən bir şahid olduğunu iddia edirlər. Etirazlar da elə bu səbəbdən baş verib.
Gürcüstan MSK- sı isə bu ittihamları absurd adlandırır. Seçki prosesinin şəffaf şəkildə aparıldığı, hər şeyin müşahidəçilərin iştirakı ilə edildiyi qeyd olunur. MSK partiyaları seçki idarələrinin işinə və qanuni vəzifələrinin icrasına müdaxilə etməməyə çağırır.
Pərvanə Sultanova
Azvision.az