Gürcüstanla sərhəddə avtomobil tıxacı- VİDEO

Gürcüstanla sərhəddə avtomobil tıxacı- VİDEO
  24 Mart 2014    Oxunub:1150
AzVision.az TTV-yə istinadən xəbər verir ki, Novruz Bayramov kimi bir çox Gürcüstan vətəndaşı olan soydaşımız Rustavi maşın bazarında alverlə məşğuldur. Almaniyadan alıb gətirdikləri işlənmiş avtomobilləri Azərbaycan vətəndaşlarına satmaqla pul qazanırlar. Azərbaycan isə Avro 4 standartlarına keçməyə hazırlaşır. Bu dəyişikliyə əsasən istehsal ili 2005-ci ildən aşağı olan Avropa avtomobilləri Azərbaycana buraxılmayacaq.

Rustavi bazarı Qafqazda ən böyük avtomobil bazarıdır. Burada Almaniya, Yaponiya, ABŞ istehsalı olan maşınlar geniş çeşiddə təqdim olunur. Bazarın əsas müştəriləri isə Azərbaycan vətəndaşlarıdır. Qonşu Gürcüstanın özündə və bədxah Ermənistanda alıcılıq qabiliyyətinin olduqca aşağı səviyyədə olması gürcüstanlı dilerləri ciddi şəkildə narahat edir. Çünki Azərbaycan alıcılarının köhnə avtomobillərdən imtina etməsi onların bazarlarını nəzərə çarpacaq dərəcədə zəifləşəcək. Yeni qaydaların tədbiqi bizi də müvafiq qərar qəbul etməyə vadar edir.

Gürcüstandan yeni maşın almaq istəyənlər əvvəlcədən ciddi düşünməlidirlər. Avtomobillərin idxalına məhdudiyyətlərin qoyulmasına az müddət qalması maşın arzusunda olanları da hərəkətə gətirib. Bu səbəbdən Gürcüstanla sərhəddə də kilometrlərlə növbə yaranıb.


Teqlər:





Xəbər lenti