Ermənistanda virusa yoluxanların sayı 271 mini keçdi

Ermənistanda virusa yoluxanların sayı 271 mini keçdi
  09 Oktyabr 2021    Oxunub:689
Ermənistanda son sutka ərzində daha 1331 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 271 205 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 20 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5529-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1227 nəfərdir. Aktiv xəstələrin sayı 16 896 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti