İtən təyyarəni tapmaq üçün ABŞ hidrolakatorlardan istifadə edir

İtən təyyarəni tapmaq üçün ABŞ hidrolakatorlardan istifadə edir
  24 Mart 2014    Oxunub:1217
ABŞ Malayziya Hava Yollarına məxsus itən təyyarənin qırıntılarının tapıldığı ehtimal olan rayona yüksək həssaslığa malik hidrolokator göndərir.
ABŞ Malayziya Hava Yollarına məxsus itmiş “Boeing-777-200” sərnişin təyyarəsinin qırıntılarının tapıldığı ehtimal olan Hind okeanındakı rayona yüksək həssaslığa malik hidrolokator göndərir. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat verən ABŞ-ın 7-ci donanmasının rəsmi nümayəndəsi Kriss Badd bildirmişdir ki, həmin hidrolakotar altı min metr dərinlikdə yerləşən “qara qutunu eşitmək” qabiliyyətinə malikdir.

K.Badd qeyd etmişdir ki, təcrübəli mütəxəssislər tərəfindən idarə edilən yüksək həssaslığa malik xüsusi qurğunun regiona göndərilməsi “təyyarənin qəza yerinin müəyyən edildiyi təqdirdə, onun göyərtəsindəki informasiya daşıyıcılarını tapmağa imkan verəcəkdir”.

Hazırda Hind Okeanın cənub hissəsində aparılan axtarış əməliyyatlarına Çinin Hərbi-Hava Qüvvələrinin (HHQ) iki İl-76 təyyarəsi də qoşulmuşdur. Beləliklə, axtarış əməliyyatlarında Avstraliya, Çin, Yeni Zelandiya, ABŞ və Yaponiyanın 10-dan artıq təyyarəsi iştirak edir.

Çin yəyyarələri həmin rayona Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi Pert şəhərinin cənub-qərbində, 2,5 min kilometr məsafədə üzən iki böyük obyekt haqqında məlumat yaydıqdan sonra göndərmişdir. Bir qədər sonra Çin və Fransanın hakimiyyət orqanları da Hind Okeanında şübhəli obyektlərin tapılması barədə bəyanat veriblər.

Çin informasiya mənbələrinin yaydığı məlumata görə, bu ölkəyə məxsus təyyarələr Hind okeanında “ətrafında çoxlu sayda kiçik ağ fraqmentlərin olduğu iki böyük obyekt” aşkar ediblər. Həmin fraqmentlərin koordinatları artıq axtarışların əlaqələndiricisi funksiyasını yerinə yetirən Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsinə çatdırılıb.

Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü omuşdur. Hadisədən on altı gün keçməsinə baxmayaraq, hələ də təyyarənin heç bir izi tapılmayıb.




Teqlər:  





Xəbər lenti