Mariya Stadnikin Olimpiya medalı oğurlandı

   Mariya Stadnikin Olimpiya medalı oğurlandı
  09 Oktyabr 2021    Oxunub:1438
Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.
Azvision.az -ın xəbərinə görə, bunu Mariya Stadnikin özü bildirib:

- 2008-ci ildə Pekində qazandığım bürünc medalı məndən oğurlayıblar. Ümid edirəm, mənim medalımı kim oğurlayıbsa, bunu fəxrlə göstərərək, necə çətin başa gəldiyini danışır. Mən isə Allaha şükür edirəm ki, mənə daha bir Olimpiya mükafatı qazanmaq üçün güc verdi”.

Qeyd edək ki, Mariya Stadnik 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal qazanıb. O dörd fərqli Olimpiya Oyunlarında medal qazanmaqla Azərbaycan idmanı tarixinə düşüb.

Azvision.az


Teqlər:





Xəbər lenti