Gənc cüdoçular Vətənə dönüblər
Xatırladaq ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medala layiq görülüblər.
Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığmamız 7-ci yeri tutub. Qeyd edək ki, mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparıb.
Azvision.az
Teqlər: Cüdo