Əfqanıstanda yeganə idman kanalı fəaliyyətini dayandırmalı olub

Əfqanıstanda yeganə idman kanalı fəaliyyətini dayandırmalı olub
  10 Oktyabr 2021    Oxunub:473
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, “3 sport” telekanalının rəhbərliyində təmsil olunan Şafikulla Səlim Poya telekanalın öz fəaliyyətini iqtisadi problemlər və hakimiyyətə gəlmiş Taliban Hərəkatının formalaşdırdığı strukturların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən dayandırdığını söyləyib.
O bildirib ki, son zamanlar telekanalın müxbirləri hər hansı tədbiri işıqlandırmağa gedərkən məhdudiyyətlərlə üzləşiblər.

Taliban Hərəkatının hakimiyyətə gəlməsindən sonra ölkədə ümumilikdə 150 KİV fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Azvision.az



Teqlər: Əfqanıstan   İdman   Telekanal  





Xəbər lenti