Bakıya kraliça gəlir

Bakıya kraliça gəlir
  01 Aprel 2013    Oxunub:1401
1978-99-cu illərdə İoraniya şahzadəsi olan Nur əl Hüseyn Amerikada doğulub, şahzadə ilə ailə qurduqdan sonra Amerika vətəndaşlığından imtina edib və İslamı qəbul edib.
Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri həmsədri olan İordaniya Kraliçası Nur Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi “Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana gəlir.

Səfər zamanı Kraliça Nur “Cənubi Qafqaz Forumu”nda iştirakı ilə yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali toplantısında iştirak edərək illik hesabatı dinləyəcək.

Qeyd edək ki, şahzadə Nur əl Hüseyni (Liza Nəcib Hələbi) mərhum İordaniya kralı Hüseyn bin Talalın sonuncu arvadıdır. 1978-99-cu illərdə İoraniya şahzadəsi olan Nur əl Hüseyn Amerikada doğulub, şahzadə ilə ailə qurduqdan sonra Amerika vətəndaşlığından imtina edib və İslamı qəbul edib.


Teqlər:  





Xəbər lenti