Azərbaycan klubu məşhur futbolçu ilə yolları ayırır

Azərbaycan klubu məşhur futbolçu ilə yolları ayırır
  24 Mart 2014    Oxunub:1208
AzVision.az Fanat.az-a istinadən bildirir ki, bölgə klubu müqaviləsinin müddəti yayda bitəcək yüksək ödənişli forvardı komandada saxlamaq niyyətində deyil.

Qeyd edək ki, Kamanan 2012-ci ilin qışında Türkiyənin "Mersin İdman Yurdu" klubundan gəlib. Benin əsilli fransalı futbolçu ölkəmizdə 65 oyun keçirib və 17 qol vurub. Cari mövsümdə Yuri Syomin ona 16 oyunda 817 dəqiqə oynamaq şansı verib və cəmi 2 qola imza atıb.

32 yaşlı forvard "Qəbələ"yə gəlməzdən əvvəl İngiltərədə "Tottenhem" (əsas heyətdə debüt etməyib), Fransada "Strasburq", "Dijon", "Ayaçço", Belçikada "Oostende", İsveçdə "Şkaffhauzen", İsraildə Herzliya və Təl-Əvivin "Makkabi", Türkiyədə isə "Sivasspor" və "Mersin İdman Yurdu" klublarının formasını geyinib.


Teqlər:





Xəbər lenti