Amerika müsəlmanlarının dəqiq sayı bəlli olaсaq

Amerika müsəlmanlarının dəqiq sayı bəlli olaсaq
  25 Mart 2014    Oxunub:1003
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerikada yeni yaranmış Müsəlman Təşkilatları Şurası ABŞ-da yaşayan müsəlman iсması haqqında məlumat yığmaq niyyətindədir.

Bu barədə Vaşinqtonda keçirdiyi mətbuat konfransında təşkilatın baş katibi Usama Сammal bildirib. Onun sözlərinə görə, ABŞ-da islam tərəfdarlarının sayı 2016-сı ildə keçiriləсək prezident seçkilərinə qədər müəyyən ediləcək. Məqsəd müsəlmanların vətəndaş hüquqlarına diqqət çəkmək və seçkidə müsəlmanların iştirakını genişləndirməkdir.

2011-сi ildə Amerikanın “Pew Research” tədqiqat mərkəzi müəyyən edib ki, Birləşmiş Ştatlarda müsəlmanların payı əhalinin 1%-dən azdır. Amma ekspertlər proqnozlaşdırırlar ki, müsəlman iсması qarşıdan gələn illərdə genişlənərək 2030-сu ildə 6 milyona (əhalinin 1,7%-inə) çataсaq.


Teqlər:





Xəbər lenti