Pike `Real` fanatlarını əsəbiləşdirdi

Pike `Real` fanatlarını əsəbiləşdirdi
  25 Mart 2014    Oxunub:1123
"Barselona"nın futbolçusu Xerard Pike "Real"ın futbolçusu Kriştianu Ronaldunun cavabını verib.

Azvision.az Qol.Az-a istinidən verdiyi xəbərə görə, İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu hakimin qərarlarını tənqid etmişdi.

Pike isə açıqlamasında Ronaldonun dediklərinin sadəcə bir bəhanə olduğunu bildirib:

"Ronaldu hələ ağlayır? Belə bir matçdan sonra hakim haqqında danışmaq axmaqlıqdır. Ronaldonun penalti qazandırdığı epizodda heç on bir metrlik cərimə zərbəsi yox idi. İnanılmaz oyunun sonunda qalib gəldik".

Qeyd edək ki, sözügedən qarşılaşmada "Barselona" səfərdə "Real"ı 4:3 hesabı ilə məğlub edib.


Teqlər:  





Xəbər lenti