Azərbaycan ərazisi ilə yükdaşımalar 7 faiz azalıb

Azərbaycan ərazisi ilə yükdaşımalar 7 faiz azalıb
  25 Mart 2014    Oxunub:1081
Azvision.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə,2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan ərazisindən nəqliyyat vasitələri ilə 6,06 milyon tondan artıq yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,9 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında deyilir.

Bu dövr ərzində yük ixracatı 4,84 milyon ton, idxalatı isə 1,23 milyon ton təşkil edib.

Yanvar-fevral ayları ərzində dəniz nəqliyyatı ilə 21,47 min ton, dəmiryolla 372,86 min ton, avtomobil nəqliyyatı ilə 81,56 min ton, hava nəqliyyatı ilə 618,28 ton yük ixrac edilib, stasionar nəqliyyat vasitələri ilə daşınmalar isə 4,36 milyon ton olub.
Ölkəyə dəniz nəqliyyatı ilə 325,84 min ton, dəmiryolla 638,87 min ton, avtomobil nəqliyyatı ilə 252,69 milyon ton, hava nəqliyyatı ilə 1,6 ton yük gətirilib.


Teqlər:





Xəbər lenti