Millimiz Xorvatiyaya böyük hesabla uduzdu

Millimiz Xorvatiyaya böyük hesabla uduzdu
  12 Oktyabr 2021    Oxunub:1888
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, millimiz Xorvatiya ilə üz-üzə gəlib. Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiyalıların heyətində Roko Şimiç het-trik edib. 18 yaşlı hücumçu 9-cu, 13-cü və 44-cü dəqiqələrdə fərqlənib. Digər 2 qolu 25-ci dəqiqədə Nikola Soldo, 81-ci dəqiqədə isə Yosip Şutalo vurublar. Azərbaycan millisinin heyətində isə yeganə qola 55-ci dəqiqədə Musa Qurbanlı imza atıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Hazırda 1 xalı olan yığma 6 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran Xorvatiya isə liderliyə yüksəlib.

Azvision.az



Teqlər: Futbol   Milli  





Xəbər lenti