Ukraynanın Krımdakı daimi nümayəndəsi istefa verib

Ukraynanın Krımdakı daimi nümayəndəsi istefa verib
  25 Mart 2014    Oxunub:1110
Azvision.az APA-ya istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi, “Udar” partiyasının üzvü Sergey Kunitsın tutduğu vəzifədən istefa verib.

UNİAN agentliyin verdiyi məlumata görə, bunu Kunitsın “Şuster Live” televiziya proqramında bəyan edib.

Kunitsın Krımdakı vəziyyətlə əlaqədar Ukrayna hökumətini tənqid atəşinə tutub. Onun sözlərinə görə, hadisələrə müvafiq reaksiya vermək üçün ölkənin bütün imkanları var.
“Hər gün hərbçilərimizi ələ salıb, təhqir edirlər. Biz isə cürbəcür iclaslar qururuq”, - deyə Kunitsın bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukrayna qoşunlarının Krım və Sevastopol ərazisindən çıxarılmasına dair fərman imzalayıb.


Teqlər:





Xəbər lenti