“Borjomi”nin Azərbaycanda satışı dayanıb

“Borjomi”nin Azərbaycanda satışı dayanıb
  25 Mart 2014    Oxunub:3988
Azvisionaz-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Gürcüstanın dünyaca məşhur mədən suyu “Borjomi”nin Azərbaycanda satışı dayanıb. Bir neçə gündür Bakıdakı mağazalarda “Borjomi” qəhətə çıxıb.

Gürcüstandan Azərbaycana “Borjomi” suları idxal edilmir.

Məşhur mədən suyunun Gürcüstandan Azərbaycana idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətinin nümayəndəsi Nihad Məhərrəmov bildirib ki, şirkət öz fəaliyyətini dayandırıb. “Hazırda Gürcüstandan Azərbaycana ”Borjomi" gətirilmir. Bizdə olan məlumata görə, bundan sonra onun idxalı ilə “Gilan Holdinq” məşğul olacaq. Artıq “Borjomi”nin Azərbaycana gətirilməsinə “Gilan Holdinq” baxır. Amma bundan sonra mineral suyun idxal olunub-olunmayacağını deyə bilmərəm".

“Gilan Holdinq”dən isə sözügedən məsələyə dair məlumat almaq mümkün olmayıb. “Bojomi” mineral sular bazarında ən işlək məhsullardan biridir. 2013-cü ildə Azərbaycanda 7 milyon şüşədən çox “Borjomi” mineral suyu satılıb.




Teqlər:





Xəbər lenti