Galaxy S5 Bakıya gəlir

Galaxy S5 Bakıya gəlir
  25 Mart 2014    Oxunub:1244
Azvision.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Samsung Electronics Azərbaycan novbəti möhtəşəm məhsulunu Azərbaycana gətirir.

Samsung Galaxy S5-in mart ayının 19-dan etibarən öncədən sifarişi mümkündür.

Şirkət elan etdi ki, martın 19-dan etibarən Azərbaycan müştəriləri Galaxy S5-i müvafiq pərakəndə satış məntəqələrindən öncədən sifariş edə bilərlər.

Galaxy S5-in mükəmməl kamera, sürətli şəbəkə bağlantısı, xüsusi fitnes alətləri və güclü cihaz müdafiə xüsusiyyətləri var. 16 meqapikselli kamera dünyanın ən sürətli avtofokus və geniş dinamik diapazonuna (HDR) malikdir.

Galaxy S5 mövcud ən qabaqcıl LTE* və Wi-Fi imkanları ilə təchiz edilmişdir ki, bu da daha sürətli məlumat otürülməsini təmin edir və Siz bundan həzz alacaqsınız. Galaxy S5 –in Download Booster (sürətli yükləmə) funksiyası sayəsində internet sürəti daha da artırıla bilər, bunun üçün o, özündə Wi-Fi və LTE* texnologiyalarını birləşdirir (*LTE yalnız müvafiq modellərdə mövcuddur).

Yeni Galaxy S5 formada qalmaq üçün şəxsi fitnes treker-i, o cümlədən pedometr, pəhriz və idman hərəkətləri üçün qeydlər aparmaq və quraşdırılmış nəbz izləmə monitoru kimi imkanları təklif edir. Bundan əlavə toz və suya davamlılığı təmin edən IP67 sertifikatına malik olan Galaxy S5 maneəsiz ödəniş aparmaq, ekranın biometrik qapanması və təhlükəsizliyi təmin edə bilən Barmaq izi skaneri kimi üstünlükləri də daşııyır.

Samsung Azərbaycan və Bruketa & Zinic OM-in Bakıda təşkil etdiyi mətbuat konfransı zamanı jurnalistlər və digər qonaqlar yeni Galaxy S5-i sınaqdan keçirmək şansını əldə etdilər və şirkətin reklam aksiyasını necə həyata keçirmə planları ilə tanış oldular.

“Galaxy ailəmizin fenomenal qlobal uğurundan sonra Samsung şirkəti novbəti möhtəşəm məhsulunu Azərbaycana gətirməkdə şərəf duyur. Cari ilin əvvəllərində məhsulun Barselonadakı təqdimat mərasimindən sonra onun Azərbaycana gətirilməsi məntiqli bir addim idi. Biz məhsullarımızda, xüsusilə yeni S5 modelindəki innovasiyaların müasir Azərbaycan istehlakçısının bütün ehtiyaclarını təmin edəcəyinə əminik. İnanırıq ki, Samsung Azərbaycan dünyanın ən sürətlə böyüyən bazarlarının tam mərkəzində yerləşir və biz ümid edirik ki, hər bir kəs bu həyəcanı bizimlə bölüşməyə hazırdır.”- deyən Samsung Electronics-in Qafqaz uzrə direktoru Cənab Sanq Pil Çan onu da qeyd etdi ki, martın 19-u yalnız başlanğıcıdır, biz Azərbaycandakı müştərilərimizə öncədən sifarış etmə seçimini və orijinal Samsung aksesuar üçün 100 manatlıq hədiyyə kuponunu təklif etməklə onlara qısa bir müddətdə Galaxy S smartfonunun yeni nəsil nümayəndəsini əldə etmək imkanını vermək istəyirik.

Galaxy S5-in tam satışı aprelin 11-dən başlayır və hər bir kəs bu smartfonu Samsung-un pərakəndə satış məntəqələrindən əldə edə biləcək. Mart ayın 28-dən etibarən Samsung Electronics Azərbaycan Bakının ticarət mərkəzlərində uduşlu və onlayn oyunlar həyata keçirəcək, buyurun iştirak edin.

Öncədən sifariş üçün Bakı şəhəri 28 May küç. 20, Sarayeva küç. 2324 və Sumqayıt şəhəri, Sulh və Nərimanov küçələrinin kəsişməsində yerləşən Samsung Brand Shop-larına, o cümlədən Baku Electronics-in baş ofisi və İnşaatçılar filialına müraciət edə bilərsiniz. Bu telefonu əldə etməklə, Azercell-dən 3 aylıq 12GB internet hədiyyəniz olacaq.

Onlayn öncədən sifariş üçün www.integralplus.az və ya www.bakuelectronics.az saytına daxil olun.


Teqlər:  





Xəbər lenti