Sərnişindaşıma ucuzlaşdı – Komitə

 Sərnişindaşıma ucuzlaşdı – Komitə
  01 Aprel 2013    Oxunub:1583
2013-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,0 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,2 faiz ucuzlaşıb
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 5,0 faiz enib, tranzit üzrə 1,8 faiz, yerli əlaqə üzrə 11,7 faiz, ixrac üzrə isə 33,3 faiz bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 5,8 faiz ucuzlaşıb.

Ay ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,3 və 2,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 9,3 faiz ucuzlaşıb.

Poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1 faiz bahalaşıb, rabitə sahəsində isə internet rabitəsi xidmətlərinin tarifləri 0,9 faiz ucuzlaşıb.


Teqlər:  





Xəbər lenti