Nigar Köçərli vergi istintaqına çağırılıb
AzVision.az xəbər verir ki, bu barədə ANS PRESS-ə kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərili özü məlumat verib. Onun sözlərinə görə, "Qanun" nəşriyyatına kəsilən 150 min manat cərimə ilə bağlı həyata keçirilən istintaq prossesində şahid qismində iştirak etmək üçün "Ali və Nino"-nunu istintaqa çağırıblar: “Yəqin ki, bizi istintaqda şahid qismində ifadə vermək üçün çağırıblar. Sorğu gəlmədiyi üçün mən də istintaqa getmədim. "Qanun" nəşriyyatı” da vergi yoxlaması ilə bağlı öz etirazını bildirir. Cəriməni ödəməyə də onların imkanları yoxdur".
Qeyd edək ki, bir müddət bundan öncə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.
Xatırladaq ki, Vergilər nazirliyi "Qanun" nəşriyyatını cərimələyib. Aparılan Vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatı 150 min manat cərimə olunub. Vergilər Nazirliyi, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində İstintaq idarəsində cinayət işi başlanıb.