Məmmədyarov Anandla heç-heçə etdi

Məmmədyarov Anandla heç-heçə etdi
  25 Mart 2014    Oxunub:1085
Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir.
Azvision.az xəbər verir ki, Xantı-Mansiyskdə təşkil olunan yarışın X oyun gündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla üz-üzə gəlib.

İlk dörədə ağ fiqurlarla rəqibinə uduzan həmyerlimiz bu dəfə revanş arzusundadır. Çünki lider üzərində qazanılacaq qələbə Məmmədyarovu ikinci pilləyə yüksəldə bilərdi.

25 mart
X tur

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Dmitri Andreykin (Rusiya)

Levon Aronyan (Ermənistan) - Veselin Topalov (Bolqarıstan)

Vladimir Kramnik (Rusiya) - Pyotr Svidler (Rusiya)

Turnir cədvəli: Anand – 6 xal; Aronyan – 5; Kramnik, Məmmədyarov, Karyakin – 4,5; Svidler, Andreykin – 4; Topalov – 3,5.


Teqlər:





Xəbər lenti