Bayram günlərində bankomatlarda pul qıtlığı - VİDEO

Bayram günlərində bankomatlarda pul qıtlığı - VİDEO
  25 Mart 2014    Oxunub:1262
Plastik kartlar vasitəsi ilə pos-terminallardan istifadə etməklə ödəmələrə isə az adam müraciət edir.
Bayram günlərində bankomatlarda pul qıtlığı yaransa da bu nağdsız ödənişlərin artımına səbəb olmayıb. Mərkəzi Bank əhaliyə nağdsız alış-veriş etməyə pos terminallardan istifadəni məsləhət görsə də, hətta ən böyük marketlərdə də müştərilər alış-veriş zamanı nağd ödənişə üstünlük verirlər. Plastik kartlar vasitəsi ilə pos-terminallardan istifadə etməklə ödəmələrə isə az adam müraciət edir.

Maraqlıdır ki, dövlət başçısının nağdsız ödənişlərin stimullaşdırılması barədə dövlət orqnlarında da mütəmadi olaraq tapşırıqlar ünvanlansa da paradoksal proseslər baş verir. Ölkədə plastik kartla ödəniş edilməsi üçün nəzərdə tutulan cihazların, yəni pos-terminalların sayında da azalma müşahidə olunur. Mərkəzi Bankın statistik məlumatına əsasən son 1 ildə ölkədə ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 9,7% azalaraq 36860-dan 33285-ə düşüb. Bu azalma isə əsasən Bakı şəhərində qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, POS-terminalların sayının azalması onlardan istifadə səviyyəsinin aşağı olması ilə bağlıdır. Yəni, bu cihazı quraşdıran bank ondan istifadə olunmadığını gördükdə, POS-terminala əlavə xərc çəkmək istəmir. Nəticədə onların sayı azalır.

İqtisadçı-ekspert, Zöhrab İsmayıl: ”POS-terminallar vasitəsi ilə ödənişin aparılması ticarət obyektlərinin dövriyyəsinin dəqiq müəyyən olunmasına və bununla da vergidən yayınma hallarının azalmasına gətirib çıxara bilər”.

Halbuki əgər siz 100 manatı bankomatdan çıxararkən ən azı bir manat xidmət haqqı ödəyirsizsə, birbaşa kartla ödəniş edəndə bu bir manat sizə qalır. Bu vəsaitlər üst-üstə yığıldıqda isə böyük məbləğə çevrilir. Üstəlik nağd pul itirilə, oğurlana bilər. Kartın itirilməsi isə hələ pulun itməsi demək deyil. Kartınız oğurlanarsa, siz onun fəaliyyətini dayandıra, bununla hesabınızdakı pulu qoruya bilərsiz.




Teqlər:





Xəbər lenti