`Bakı`nın keçmiş oyunçusu prezident oldu

`Bakı`nın keçmiş oyunçusu prezident oldu
  25 Mart 2014    Oxunub:1254
“Bakı” və Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovski yeni vəzifədə fəaliyyətə başlayıb.

AzVision.az Lent.az-a istinadən bildirir ki, 34 yaşında karyerasını bitirmiş Verpakovski vətəni Latviyada yeni yaradılan “Liepaya” klubunun prezidenti seçilib.

Liepaya şəhərini “Metallurq”un dağılmasından sonra ölkə çempionatında məhz bu komanda təmsil edir. Artıq ilk turda Verpakovskinin klubu “Metta” ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. “Liepaya”nın start heyətinə ötən mövsümlərdə Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbolçu da daxil edilib. Bunlar “Xəzər Lənkəran” və “Rəvan”ın slovakiyalı sabiq müdafiəçisi İvan Pexa, “Qəbələ”, “Rəvan” və “Qarabağ”ın argentinalı keçmiş yarımmüdafiəçisi Kristian Torres, eləcə də “Gəncə” və “Simurq”un latviyalı eks-forvardı Kristap Qrebis olub. Torres 76 dəqiqə, Pexa və Qrebis sonadək meydanda olub. Üstəlik, latviyalı hücumçu 60-cı dəqiqədə bərabərlik qolunun müəllifi olub.

Verpakovski UEFA-nın rəsmi saytına açıqlamasında növbəti oyunlarda “Liepaya”nın heyətində futbolçu kimi meydana çıxmasının mümkünlüyünü dilə gətirib: “Doğma şəhərimdə vəziyyətin çox ağır olduğu anda necə yan keçə bilərdim? Bu mənada atdığım addımı təbii sayıram. İlk növbədə, şəhər rəhbərliyinə və futbolçularımıza minnətdaram. Xoşbəxtəm ki, ümumi səylərlə Liepayada futbolu qoruduq. Burada futbolu həmişə seviblər və sevirlər. Kim bilir, bəlkə “Liepaya” formasında da meydana çıxacağam”.

Qeyd edək ki, Qeyd edək ki, Maris Verpakovski “Bakı”da 2011-ci il iyunun 30-dan bu il yanvarın 30-dək forma geyinib. O, Azərbaycan klubunda 27 oyuna 3 qol vurub. Verpakovskinin son komandası isə ötən ilin sonlarında tərk etdiyi Yunanıstan “Erqotelis”i olub.


Teqlər:





Xəbər lenti