AFFA ağır cəza verdi
AzVision.az Lent.az-a istinadən bildirir ki, buna türkiyəli mütəxəssisin “Bakı” ilə Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşünün 43-cü dəqiqəsində hakimləri təhqir etməsi səbəb olub.
Matçın baş hakimi Elvin Əsgərov Hindalı dərhal meydandan qovub. İntizam Komitəsi məşqçini sərt cəzalandırmaqla yanaşı, klubunu da 5000 manat cərimələyib. Qaydalara əsasən, Hindalın cəzası yalnız Azərbaycan Kuboku matçlarına şamil olunacaq.
“Rəvan”ın futbolçusu Mişel Patrik Balakoq isə Topaz Premyer Liqasının XXVII turunda “Neftçi” ilə matçın 71-ci dəqiqəsində meydandan qovulub. O, idmançıya yaraşmayan hərəkəti üzündən əvvəlcə ikinci sarı, sonra isə qırmızı vərəqə alıb. Balakoq 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.
“Xəzər Lənkəran”ı azarkeşləri və futbolçuları üst-üstə 3000 manat ziyana salıb. Premyer Liqanın XXVII turunda “Simurq”la matçın 86-cı dəqiqəsində Lənkəran klubunun azarkeşləri meydana kənar əşya atıblar. Bu səbəbdən, klub 2000 manat cərimələnib. “Araz Naxçıvan”la Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab görüşündə isə hər iki klubunun 4 futbolçusunun sarı vərəqə alıb. “Xəzər Lənkəran” klubu 1000 manat cərimələnib. “Araz Naxçıvan” isə I divizion klubu olduğundan, cəmi 100 manat cərimə ilə kifayətlənib.
Azərbaycan kubokunun ¼ final mərhələsinin qalan 2 cavab oyunu da cəzasız ötüşməyib. “İnter”lə matçda “Neftçi”nin, “Qarabağ”la görüşdə “Qəbələ”nin 4 futbolçusuna sarı vərəqə göstərilib. “Neftçi” və “Qəbələ” hərəyə 1000 manat ziyana düşüb.
Teqlər: