"Nəinki Zəngəzur, ölkəmiz özü dəhlizə çevrilir"- Erməni politoloq

   "Nəinki Zəngəzur, ölkəmiz özü dəhlizə çevrilir"-   Erməni politoloq
  19 Oktyabr 2021    Oxunub:1294
Ermənistanın İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətindən bir il keçsə də, İrəvan hələ də özünə gələ bilmir. Ölkədə sosial-iqtisadi böhranla yanaşı daxili çaxnaşma yaşanır, xarici siyasətdə isə uğursuzluq zolağı davam edir.
AzVision.az xəbər verir ki, yerli media ölkənin yaxın gələcəkdə uçurumdan dönəcəyinə ümid qalmadığını yazır. Buna səbəb Ermənistanın laboratoriya siçanı kimi istifadə edilməsidir. Hazırkı xaosu şərh edən politoloq Stepan Danielyan deyib ki, indi əsas problem ölkənin cənubundan keçəcək dəhlizə razılığın verilməsi deyil, ümumilikdə Ermənistanın dəhlizə çevrilməsidir.

İnvestorlar İrəvana güvənmir: Paşinyanın gizli Moskva görüşünün detalları
- İnsanlar hələ də ətalətlə yaşayırlar və başa düşmürlər ki, söhbət artıq yalnız Zəngəzur dəhlizindən getmir. İndi əsas mövzu "Ermənistan dəhlizidir"... Yeri gəlmişkən Zəngəzur sözü Ermənistan hakimiyyətinin icazəsi ilə dövriyyəyə buraxıldı.

Ölkəmiz bütöv bir dəhlizə çevrilir. Ölkədə xəritə olaraq yuxarıdan aşağıya, sağdan sola, bütün "pəncərə" və "qapılar" açıqdır, divarlar isə dəlmə-deşiklərlə doludur. Yeri gəlmişkən, burada "dəhliz" və "yol" anlayışlarını da fərqləndirməliyik.

Və milli dəyərlər sistemi, daxili həmrəylik, qarşılıqlı güvən və hər şeydən əvvəl təhlükəsizlik orqanları, yəni bir dövlətin və ya ən azından dövlət tipli bir "dəhliz"in yaradılması üçün ön şərt olan heç bir şey qalmayıb-,Danielyan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zəngəzur   Dəhliz   Ermənistan   Politoloq  





Xəbər lenti