Çempionlar Liqasının oyunları keçirilib: "Beşiktaş" məğlub oldu

C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə “Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu “qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.
AzVision.az