Avropa Liqası: “Lester” səfərdə “Spartak”ı məğlub edib

 Avropa Liqası:  “Lester” səfərdə “Spartak”ı məğlub edib
  20 Oktyabr 2021    Oxunub:1114
Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində III turun daha bir oyunu keçirilib.
AzVision.az xəbər verir ki, Rusiyanın "Spartak Moskva” klubu C qrupunda İngiltərənin "Lester" komandasını qəbul edib. Moskvadakı "Spartak" stadionunda oynanılan qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 11-ci dəqiqəsində Aleksandr Sobolyov fərqlənib. Matçın 44-cü dəqiqəsində Cordan Larsson fərqi iki topa çatdırıb. Lakin "Lester" oyunda geridönüş etməyi bacarıb. Zambiyalı hücumçu Patson Daka 45-ci, 48-ci 54-cü və 79-cu dəqiqələrdə rəqib qapısına yol tapmaqla poker edib. Qarşılaşmanın 86-cı dəqiqəsində Sobolyov dubl müəllifi olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Bu qalibiyyətdən sonra xallarını 4-ə çatdıran "Lester" 2-ci pilləyə yüksəlib. "Spartak" isə 3 xalla 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, qrupa 6 xalla Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" komandası başçılıq edir. Bir xalı olan İtaliya "Napoli"si isə sonuncudur. “Legiya” oktyabrın 21-də səfərdə “Napoli” komandası ilə görüşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti