Qərb İrəvanda səpdiyi toxumdan narazıdır: ABŞ səfiri Paşinyanı tənqid edib?

         Qərb İrəvanda səpdiyi toxumdan narazıdır:   ABŞ səfiri Paşinyanı tənqid edib?
  21 Oktyabr 2021    Oxunub:1165
Son aylarda Qərb ölkələrinin rəhbərləri və beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin davranışlarından getdikcə daha çox narazılıq ifadə edirlər. AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Qəzet yazır ki, bunu iqtidaryönlü mövqedən hakimiyyəti sərt tənqid etmək xəttinə keçən "Soros" dairələrinin narazılığı və Qərb tərəfindən maliyyələşdirilən medianın son davranışları sübut edir. Ancaq başqa sübutlar da var.

- Bizə məlumat daxil olub ki, ABŞ səfiri vətəndaş cəmiyyətləri və müxalifət də daxil olmaqla müxtəlif dairələrlə görüşlər keçirib. O, son zamanlar Ermənistanda baş verənlərdən narazılığını gizlətməyib. Demək olar ki, açıq şəkildə bir sıra sahələrdə, ilk növbədə söz azadlığı ilə bağlı məsələlərdə narahatlığın yarandığını deyib.

Ermənistanda cərimələr artırıldı: Təhqirə görə 6 min dollar
Ölkəmizdə böhtan və təhqirin cinayət sayılması və bu istiqamətdə cərimələrin artırılması ABŞ hakimiyyət orqanlarını çaşdırıcı vəziyyətə salıb. Onlar problemi Alen Simonyanın məlum qanun layihəsində görürlər.

Nəşr səfirin qanunsuz mülklərin müsadirə edilməsi ilə bağlı məsələlərdən narahatlıq keçirdiyini, həmçinin də ABŞ hökumətinin siyasi rəqiblərin təqib olumasından narazı qaldığını iddia edib. Vaşinqton Gorus merinin müavini və Sisian merinin təcili şəkildə azadlığa buraxılmasını istəyib və İrəvandan narazılığın əsasının də məhz bu siyasi qalmaqallar təşkil edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Səfir   Qərb   Ermənistan  





Xəbər lenti