İrəvanın yeni "komissar oyunu": Diasporlar Paşinyana yardım edəcəkmi?

      İrəvanın yeni "komissar oyunu":   Diasporlar Paşinyana yardım edəcəkmi?
  21 Oktyabr 2021    Oxunub:1082
Bundan sonra Ermənistanın baş naziri xarici ölkələrdə diaspora komissarlarından ibarət xüsusi korpus təyin edəcək. AzVision.az xəbər verir ki, yeni strukturun yaradılması ilə bağlı qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Diaspor məsələləri üzrə baş müvəkkil və onun əməkdaşlarından fərqli olaraq, komissarlar dövlət qulluqçusu sayılmayacaqlar. Onlar öz statuslarına görə daha çox xoşməramlı səfir rolunu oynayacaqlar. Komissarlar əsasən, erməni icmalarının yerli sakinlərindən təyin olunacaqlar.

İnvestorlar İrəvana güvənmir: Paşinyanın gizli Moskva görüşünün detalları
Diasporla iş üzrə komissarlar öz icmalarının digər ölkələrdəki icmalarla, o cümlədən Ermənistan və Qarabağdakı ermənilərlə ünsiyyətini koordinasiya edəcəklər. Onlar diasporla iş üzrə baş komissarın (hazırda bu vəzifəni Zare Sinanyan tutur-red.) təklifi və baş nazirin qərarı ilə təyin olunacaqlar.

Görünür İrəvanın yeni "diaspor islahatı" ölkəyə xaricdən maliyyə axınının başlanmasına hesablanıb. Çünki uzun illər əsasən diaspor maliyyəsi ilə ayaqda qalan Ermənistan İkinci Qarabağ müharibəsindən sonra ciddi maliyyə sıxıntısı yaşadı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Diaspor  





Xəbər lenti