"Qarabağ"dan əzmkar qələbə

"Qarabağ"dan əzmkar qələbə
  21 Oktyabr 2021    Oxunub:2134
Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki,Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edib. 19-cu dəqiqədə penalti qolu ilə hesabda geri düşən ağdamlılar son dəqiqələrdə qələbə qazanıb. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev status-kvonu bərpa edib. Final fiti ərəfəsində isə Abbas Hüseynov komandamıza 3 xalı qazandıran qola imza atıb.

Əzmkar qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Qarabağ” liderliyini davam etdirir.

Qeyd edək ki, “Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

***
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.


AzVision.az xəbər verir ki, 79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.

***
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

AzVision.az xəbər verir ki, qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

***
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.


"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.


AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.

Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Oyunda hesab açılıb. Görüşdəki ilk qolu qonaqlar vurub. 19-cu dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib.

AzVision.az



Teqlər: Futbol   Qarabağ  





Xəbər lenti