"Paşinyan komandasından izolyasiya olunub"- Ermənistan mediası

   "Paşinyan komandasından izolyasiya olunub"-   Ermənistan mediası
  22 Oktyabr 2021    Oxunub:712
Ermənistanın baş naziri Nikol Paşinyan izolyasiya olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Nikol Paşinyan uzun müddət təcrid olunmuşdu. O öz komandası ilə ünsiyyət qurmadı. Hətta son seçkilərdən sonra baş verənləri təhlil etmək üçün komandasını belə toplamadı-, "Hraparak" qəzeti yazıb.

Paşinyandan növbəti kadr dəyişikliyi
Nəşr iddia edir ki, son həftələrdə onun yanına gələn və baş nazirlə birbaşa əlaqə saxlayan yeganə şəxs Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyandır.

- Demək olar ki, hər axşam onu ​​hökumət binasında bir neçə saatlıq saxlayır və müəyyən vacib məsələləri müzakirə edirlər. Bu barədə bizə məlumat ötürən mənbəmiz nə üçün məhz Rubinyana qapının açıq olduğu və hansı məsələlərin saatlarla müzakirə olunduğunu bilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti