“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü keçirilib

“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü keçirilib
  22 Oktyabr 2021    Oxunub :292
21 oktyabr 2021-ci il tarixində “Zəfər tarixi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapçılarının Vətən müharibəsi qaziləri ilə görüşü təşkil olunub.
AzVision.az xəbər verir ki, “YAŞAT” Fondunun dəstəyi ilə baş tutan görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elekton Hökumətin İnkişafı Mərkəzinin, “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapçıları iştirak ediblər.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Sonra Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, müharibədə innovativ texnologiyaların rolundan, xalqımızın mübarizliyindən danışaraq əldə etdiyimiz zəfərdə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunu qeyd edib.


Görüş zamanı müharibə iştirakçıları döyüş xatirələrindən danışıb və müxtəlif sualları cavablandırıblar.

Tədbirin məqsədi görüş iştirakçılarını 44 günlük Vətən müharibəsi barədə məlumatlandırmaq, eyni zamanda vətənpərvərlik duyğularını aşılamaqdır.

Sonda Vətən müharibəsinin iştirakçılarına hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.





AzVision.az

Teqlər: YAŞAT  







Xəbər lenti