“Fənərbaxça” doğma meydanda uduzdu

“Fənərbaxça” doğma meydanda uduzdu
  24 Oktyabr 2021    Oxunub:1247
Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.
AzVision.az xəbər verir ki, bu gün “Fənərbaxça” doğma meydanda “Alanyaspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:1

Turun mərkəzi görüşü sabah İstanbulda keçiriləcək. Son çempion “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək.

"Fənərbaxça" – "Alanyaspor" - 1:2
Qol:
S.Dursun, 80 – E.Akbaba, 75. E.Bəkiroğlu, 90+3.

Turnir cədvəlinə 24 xalla "Trabzonspor" başçılıq edir. "Hatayspor" və "Alanyaspor" 20 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. "Fənərbaxça" isə 19 xalla 4-cüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti