Ermənistan parlamentinə silahlı basqın...

Ermənistan parlamentinə silahlı basqın...
  26 Mart 2014    Oxunub:915
Bu gün günorta saatlarında əli silahlı şəxs İrəvanda parlament binasına hücum çəkib. AzVision.az xəbər verir ki, “Axar.az”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, naməlum şəxs ona yardım etməyəcəkləri təqdirdə özünü öldürəcəyini deyib.

Şahidlərin sözlərinə görə, silahlı şəxs köynəyini qaldıraraq qarnına xəsarət yetirə bilib. Sonradan təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirə biliblər. Onun bu addımı atmasına səbəb isə maddi çətinliyi olub. Jurnalistlərə açıqlamasında bildirib ki, saxlaya bilmədiyi üçün 2 övladı internatda qalır.


Teqlər:





Xəbər lenti