"Başqalarının ərazisini ələ keçirmək planımız yoxdur"- Paşinyan

   "Başqalarının ərazisini ələ keçirmək planımız yoxdur"-   Paşinyan
  25 Oktyabr 2021    Oxunub:1978
"Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, aqressiyadan qorunmaq üçün inkişaf etdirib islahatlar aparacaq".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci ilin büdcə layihəsini təqdim edərkən deyib.

"Ermənistan müdafiə büdcəsini artırır"- Paşinyan
-Ermənistanın başqasının ərazilərini ələ keçirmək planı yoxdur. Təhlükəsizlik sistemi baxımından isə ordunun modernləşdirilməsi ilə yanaşı, Ermənistan, Qarabağ və region üçün sülh dövrünün açılması naminə münbit şərait yaradılmalıdır,- baş nazir deyib.

Paşinyan hesab edir ki, bu bölgədə kommunikasiyanın bərpası, blokadanın açılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti