Prezident məcburi köçkünlərlə bir süfrədə - FOTOLAR

Prezident məcburi köçkünlərlə bir süfrədə - FOTOLAR
  01 Aprel 2013    Oxunub:1765
Bu gün Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib.
AzVision.az AzerTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

Diqqətə çatdırılıb ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılmışdır. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanıb. Sonra prezident Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.

Prezident məhəllədə salınmış “Şəfəq” uşaq bağçası ilə də tanış olub.

Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik məktəbdə yaradılmış şəraitlə tanış oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılıb.

Prezident İlham Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun “Araz” idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxıb.

Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirib.
Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılıb.

Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşüb.

Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti