Rusiya elit tank diviziyalarını Ukrayna ilə sərhədə yeridib

Rusiya elit tank diviziyalarını Ukrayna ilə sərhədə yeridib
  27 Mart 2014    Oxunub:1127
Rusiya iki ölkə sərhədinə durmadan iri qoşun qruplaşmaları cəmləşdirməkdə davam edir.
Rəsmi Moskva Ukraynanın şərq regionlarını ələ keçirmək planlarının olmadığını bildirsə də Rusiya iki ölkə sərhədinə durmadan iri qoşun qruplaşmaları cəmləşdirməkdə davam edir.

Bu gün Rusiyanın iki ən elitar tank diviziyası sərhədə yeridilib. Söhbət Rusiya ordusunun ən yaxşı döyüş hazırlığı keçmiş iki hərbi birləşməsindən gedir.

Əvvəlcə Bryansk vilayətindən cənub-qərbdə 4-cü qvardiya Kantemirsk tank diviziyasının 12-ci tank polku görünüb. Həmin polk Rusiya quru qoşunlarının “gözü”dür və Kreml qarşısında keçirilən hərbi paradlarda iştirak edir. Polk Novozıbkov-Klimovo rayonunda mövqe tutub və çox güman ki, Ukraynanın Çerniqov vilayətindən keçməklə birbaşa Kiyevə hərəkət üçün əmr gözləyir.

Kursk vilayətinin Kalinovka və Amon Xomutovsk rayonlarında - Ukrayna ilə sərhədin müvafiq olaraq 15 və 7 kilometrliyində Rusiya ordusunun daha bir əfsanəvi qoşun qruplaşmasının - 2-ci Tamansk motoatıcı diviziyasının batalyon taktiki qruplaşması mövqe tutub. Hərbi mənbələr söhbətin BTR və BMP-lərdə hərəkət edən 400 hərbçidən və 10 tankdan ibarət rotadan getdiyini bildirir.

Həmçinin Belqorod, Severnıy Stroitel yaşayış məntəqələrindəki hərbi poliqonda 76-cı Pskov desant-hücum diviziyasının 3 batalyonu və 106-cı Tula paraşüt-desant diviziyasının iki batalyonu yerləşdirilib. Həmin birləşmələr 1100 nəfərlik şəxsi heyətdən və 120 vahid texnikadan ibarətdir. Belqorod ətrafında habelə 25 ədəd "Mi-24" hücum vertolyotu döyüşə hazır vəziyyətdə gözləyir.

Xəbərə görə, Rusiya Ukrayna ilə həmsərhəd ərazilərinin üzərində hava məkanını bu gün gözlənilmədən bağlayıb və Fransanın “Air France” şirkətinin Şanxay-Paris reysi ilə uçan təyyarəsi marşrutunu dəyişməli olub. Rusiyanın hərbi manevrlərə görə hava məkanını bağladığı bildirilir. Marşrutun dəyişməsi nəticəsində göyərtəsində 495 sərnişin və 22 heyət üzvü olan Fransa təyyarəsi Almaniyanın Hamburq şəhərində yerə enməli olub. Çünki kursun dəyişməsi üzündən təyyarənin yanacağı Parisə çatmağa imkan vermirdi.

Virtualaz.org


Teqlər:





Xəbər lenti