![]() |
Günəşin sönməsindən sonra salamat qalan nəhəng ekzoplanet aşkarlanıb |
Qeyd olunur ki, astronomlar artıq Günəş sistemindən kənarda minlərlə ekzoplanet aşkar ediblər. Lakin elm adamlarının 2M0437b-nin birbaşa fotoşəkilini çəkə bilmələri nadir hadisə sayılır.

Bildirilir ki, ekzoplanet Yerdən təxminən 417 işıq ili uzaqlıqda yerləşir. O, ilk dəfə 2018-ci ildə Havaydakı "Subaru" Teleskopu sayəsində aşkar edilib.
Astronomların fikrincə, 2M0437b-nin bir neçə milyon yaşı var. Planetin temperaturu 1127 ilə 1227 dərəcə Selsi arasında dəyişir.
Tural Tağıyev
AzVision.az