Dünya Bankından Rusiya üçün böhran proqnozu

Dünya Bankından Rusiya üçün böhran proqnozu
  27 Mart 2014    Oxunub:1176
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Krımın birləşdirilməsi ilə bağlı diplomatik böhran davam edərsə Rusiyanın ümumi daxili məhsulu (ÜDM) bu il 1,8% azala bilər.

Bunu Dünya Bankının (DB) ekspertləri ehtimal ediblər. DB ekspertlərinin hesabatında bildirilir ki, siyasi münaqişənin intensivləşməsi sərmayələri aşağı sala bilər və şirkətləri Rusiya bazarından çəkindirər.

20-21 martda ABŞ və Avropa Birliyi “qara siyahıya” salınmış Rusiya deputatlarının, iş adamlarının və hökumət üzvlərinin sayını artırıblar. Vladimir Putinə yaxın olan bu adamların ABŞ və Avropa Birliyinə (AB) girişi qadağan edilir, onların ABŞ və AB-dəki hesabları və mülkiyyət hüquqları dondurulur.

Hələ ki, Rusiya iqtisadiyyatının sahələrinə qarşı iqtisadi sanksiyalar tətbiq edilməyib, amma Vaşinqton və Brüsseldə bunun mümkünlüyündən danışmağa başlayıblar.


Teqlər:





Xəbər lenti