Suriya kimyəvi maddələrin nəqli prosesini gecikdirir

Suriya kimyəvi maddələrin nəqli prosesini gecikdirir
  27 Mart 2014    Oxunub:1105
Avropa Birliyi və ABŞ Suriyada kimyəvi maddələrin nəqli prosesində gecikmədən narahatdırlar
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi və ABŞ Suriyada kimyəvi maddələrin nəqli prosesində gecikmədən narahatdırlar. Bu barədə Brüsseldə keçən Avropa Birliyi - ABŞ sammitin yekunlarına dair birgə bəyanatda deyilir.

"Biz narahatıq ki, Suriyada kimyəvi silahların nəqli prosesində ləngimələr mövcuddur. Biz Suriyanı BMT Təhlükəsizlik Şurasının 2118 saylı qətnaməsinə uyğun olaraq və kimyəvi silahın qadağan edilməsi üzrə Təşkilatın (KSQT) icraedici şurasının qərarları ilə kimyəvi silahların ən yaxın vaxtlarda səhih aradan qaldırılması proqramı üzrə öhdəlikləri yerinə yetirməyə çağırırıq ", - bəyannamədə deyilir.

Bundan öncə KSQT və BMT missiyasının rəhbəri Kaaq Ziqrid bildirib ki, Suriyada kimyəvi maddələrin 53,6% məhv və ya ölkə hüdudlarından kənara ixrac edilib.

Fevralın sonunda Suriya hakimiyyəti KSQT-ya aprelin 27-dək ölkə ərazisindən bütün kimyəvi maddələrin çıxarılmasını tələb edən yeni planı təqdim ediblər. BMT TŞ-nin qətnaməsinə və KSQT icraedici şurasının qərarlarına əsasən, Suriyada kimyəvi silahın tam məhvi 2014-cü ilin iyunun sonunadək başa çatmalıdır.


Teqlər:





Xəbər lenti