İdmançılarımız Tokioda niyə az medal qazandı? - Nazirlik araşdırır

   İdmançılarımız Tokioda niyə az medal qazandı? -    Nazirlik araşdırır
  28 Oktyabr 2021    Oxunub :411
“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanması, bunun səbəbləri araşdırılır”.
Bunu AzVision.az -a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var:

“Biz bunu qlobal da danışa bilərik. Amma oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir. Rio Olimpiyadası ilə Tokionu müqayisə ediriksə, təbii ki, medalların sayı azdır. Amma onun səbəbinin nədən qaynaqlandığına baxmaq lazımdır. Qəflətən nəsə demək çətindir. Aydın olan səbəblər var idi, göz qabağında idi. Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Tokio   İdman  







Xəbər lenti