İki idman növü olimpiya proqramından çıxarıla bilər

İki idman növü olimpiya proqramından çıxarıla bilər
  28 Oktyabr 2021    Oxunub:1836
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax boks və ağırlıqqaldırmanın 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib-edilməyəcəyinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, almaniyalı funksioner "France Info" nəşrinə müsahibəsində bu iki idman növünün olimpiadadakı gələcək taleyinin sual altında olduğunu bildirib.

Baxın sözlərinə görə, IOC boks və ağırlıqqaldırma ilə bağlı məsələdən narahatdır: "Hər iki idman növü üzrə federasiyalarda ciddi idarəetmə problemləri var. Ona görə də biz vəziyyəti diqqətlə izləyirik. İdmançıların maraqları naminə ən qısa zamanda qərar verəcəyik".

O, karatenin olimpiya proqramında daimi saxlanılmasının mümkünlüyünə də toxunub: "Biz təkcə karate federasiyaları ilə deyil, həm də olimpiadada iştiraka ümid bağlayan digər beynəlxalq qurumlarla ünsiyyətdəyik".

Qeyd edək ki, Oyunlarda boks yarışları 1904-cü ildən, ağırlıqqaldırma yarışları isə 1896-cı ildən keçirilir. Paris olimpiadası 26 iyul - 11 avqustda təşkil olunacaq.

AzVision.az


Teqlər: Boks  





Xəbər lenti