Peşə məktəblərində kredit sistemi təşkil olunacaq

 Peşə məktəblərində kredit sistemi təşkil olunacaq
  29 Oktyabr 2021    Oxunub:2560
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az -ın xəbərinə görə, dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: Təhsil   Kredit  





Xəbər lenti