"Rövnəq müəllim böyük işlər görüb" - Nazir

Onun sözlərinə görə, ilk növbədə hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazımdır:
"Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam".
R.Nəbiyev bildirib ki, yeni baş məşqçi ilə bağlı məsələyə hədəflər müəyyənləşəndən sonra aydınlıq gələcək: "Hər bir növdə olduğu kimi, cüdoda da əvvəldən proqnoz vermək çətindir. Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb. Bizim hədəfimiz bu baza üzərində nailiyyətlər əldə etməkdir".
AzVision.az
Teqlər: RəşadNəbiyev