Azərbaycanda daha 1 200 nəfər koronavirusa yoluxub

   Azərbaycanda daha 1 200 nəfər koronavirusa yoluxub
  01 Noyabr 2021    Oxunub :353
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib, aktiv xəstə sayı 30 116 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, ötən müddət ərzində isə ümumilikdə 5 202 697 test aparılıb.

AzVision.az

Teqlər: COVİD-19  







Xəbər lenti