Deputatlar Budapeştə gedəcək

Deputatlar Budapeştə gedəcək
  01 Noyabr 2021    Oxunub:908
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə Zəfər Günü münasibətilə paytaxt Budapeştdə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Macarıstana yola düşəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən ölkəmizin tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü münasibətilə tədbir təşkil olunacaq.

Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi anılacaq.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının Macarıstan parlamentində bir sıra görüşləri də nəzərdə tutulub. Səfər noyabrın 5-də başa çatacaq.

AzVision.az


Teqlər: Budapeşt  





Xəbər lenti