Ölən şəxsin məlumatı gizlədilərək bir il pensiya alınıb

 Ölən şəxsin məlumatı gizlədilərək bir il pensiya alınıb
  02 Noyabr 2021    Oxunub:1075
“Məhkəmə icraatında olan işlərin təxminən 70 %-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir”.

AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.
O bildirib ki, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib:

“Həmin iş yerləri Sovet dönəmində olub və bu gün mövcud deyil. Vətəndaş əmək kitabçasını təqdim edəndə onu gedib, yerində yoxlamaq mümkün olmur. Və yaxud vətəndaş əmək kitabçşası yerinə arxiv qurumundan sənəd təqdim edir”.

A.Mütəllimov qeyd edib ki, bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edilir:

“Belə hallara qarşı ciddi mübarizə aparılır. Digər problem əmək pensiyaçısı vəfat edən şəxs barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumları ölüm haqqında şəhadətnaməni çıxarmadığı üçün sistemdə bu görsənmir. Nəticədə həmin şəxsin pensiyası dayandırılmır. Təxminən 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Əməkkitabçası  





Xəbər lenti