Bakı Limanın adından saxta elanlar yayılır

Bakı Limanın adından saxta elanlar yayılır
  02 Noyabr 2021    Oxunub:1696
Son zamanlar bəzi internet resurslarında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin adından işə qəbulla bağlı saxta elanlar yayılır və bunun üçün vətəndaşlardan ödəniş tələb edilir.
AzVision.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

"İctimaiyyəti belə elanlara inanmamağa çağırır və bildiririk ki, Bakı Limanına işə qəbulla bağlı elanlar www.portofbaku.com rəsmi internet səhifəsində və rəsmi sosial şəbəkə səhifələrində verilir, CV-lər "[email protected]" ünvanında qəbul edilir.Bunun üçün isə namizədlərdən hər hansı ödəniş tələb edilmir və proses tam şəffaf formada həyata keçirlir. Bir daha cəmiyyəti belə saxta məlumatlara aldanmamağa çağırırıq".

AzVision.az



Teqlər: BakıLimanı  



Xəbər lenti