Sözügedən proqramın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Natiqlər çıxışlarında proqramı müvəffəqiyyətlə başa vuran gənc liderləri təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfər tarixindən bəhs ediblər. “GəncLİK” proqramının müxtəlif istiqamətlərdə həyata keçirilən digər layihələr kimi gənclərin bütün sahələrdə inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verdiyi vurğulanıb.
Bildirilib ki, proqram çərçivəsində kəşf olunan və təlimləri uğurla yekunlaşdıran potensiallı gənc liderlər karyera yüksəlişi ilə təmin edilib. “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardan biridir. Proqramı uğurla başa vuran gənc liderlər bundan sonra da dövlət gənclər siyasətinə böyük töhfələr verəcəklərinə inandıqlarını söyləyiblər.
“GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 30 gənc “GəncLİK” Proqramında iştirak hüququ qazanmışdı.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


