"Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir": Kamran Əliyev

   "Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir":    Kamran Əliyev
  02 Noyabr 2021    Oxunub:1497
“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, Azərbaycan müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir”.
AzVision.az xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Təbii ki, sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluq da özünə aid hissədə iştirak edib. Konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar toplanıb. Bunların hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq. Hazırda sübutların toplanması davam edir”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər: Ermənistan   Cinayət  





Xəbər lenti